Türkiyənin “Karagümrük” klubundakı məşqçi postundan ayrılan Andrea Pirlo illər sonra yenidən yaşıl meydana qayıdır.
Metbuat.az xəbər verir ki, Pirlo Jerar Pikenin sahibi olduğu "Jijantes FK" klubu ilə anlaşıb. Məlumata görə, Pirlo Jerar Pikenin təşkil etdiyi xüsusi futbol turnirində forma geyinəcək. Pirlonun bu qərarı sosial mediada sürpriz kimi qiymətləndirilib.
Qeyd edək ki, Pikenin təşkil etdiyi turnirdə 12 komanda iştirak edir. Hər klub 7 futbolçu ilə meydana çıxır. Oyunlar xüsusilə sosial mediada böyük maraqla izlənilir.