Razi Əliyeva evli olan sevgilisi tərəfindən döyüldü - FOTO

2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyeva keçmiş sevgilisi tərəfindən şiddətə məruz qaldığını iddia edib.

Metbuat.az xəbər verir ki, o, Ziya adlı şəxslə əvvəllər sevgili olub, daha sonra isə bu şəxsin evli olduğundan xəbər tutub və ondan ayrılmaq qərarına gəlib.

Bundan sonra isə Ziya adlı sevgilisi onu günlərlə evdə saxlayıb, işgəncə verib, təhqirlərə məruz qoyub. Evdən qaçmağı bacaran model, anasının yanına gedib. Daha sonra həmin şəxs Razinin anasına və özünə yazaraq barışmaq niyyətində olduğunu və onunla evlənmək istədiyini bildirib. Etdiyi bu təklifə imtina alan şəxs daha da qəzəblənərək Razinin anası yaşadığı evə gələrək qapını sındırmağa cəhd edib.

R. Əliyeva polisə müraciət edərək kömək diləyib.

Məsələ ilə bağlı modelin paylaşdığı fotonu təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı