Qərbdən Ukraynaya QADAĞA: “İsgəndər”ə hücum etmək olmaz

"Ukraynanın Rusiya Federasiyası ərazisində yerləşən “İsgəndər” operativ-taktiki raket komplekslərinin yerləşdirildiyi məntəqələrə hücum etmək hüququ yoxdur. Buna səbəb Kiyevin Qərb tərəfdaşları qarşısında olan öhdəlikləridir".

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının müşaviri Yuri İqnat məlumat verib.

"Qarşımızda olan strategiyaya əsasən, biz tərəfdaşlarımıza onların bizə verdiyi silahlarla hücum etməmək sözü vermişik", - İqnat deyib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazilərinə raket hücumu baş verərsə, Ukrayna Silahlı Qüvvələri bütün mövcud silahlardan istifadə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı