Ərdoğanın ona 5 milyondan çox borcu var - Foto

Türkiyənin “Resmi Gazete”sində Prezident Rəcəb Tayyib Ərdoğanın gəlir bəyannaməsi yayımlanıb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bəyannamədə Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla birlikdə mal varlığı açıqlanıb. Açıqlamaya görə, onların adında Rize Güneysuda 10 min lirə dəyərində 2 min kvadrat metr torpaq sahəsi, Üsküdar Kısıklıda Əminə Ərdoğanın adına qeydiyyatlı olan 15 milyon 390 min lirə dəyərində mənzil, banklarda isə ümumilikdə cəmi 1 milyon 884 min 878 lirə var.

Bəyannamədə Ərdoğanın qardaşı Mustafa Ərdoğana 5 milyon 390 min lirə borcu olduğu bildirilib.

Qeyd edək ki, mediada Mustafa Ərdoğan barədə məlumat yoxdur. Fotodakı şəxsin Mustafa Ərdoğan olduğu deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı