Tvitterdə istefa - Tənqidlərə tab gətirmədi

Tvitterin təhlükəsizlik departamentinin rəhbəri Ella İrvin istefa verib.

Metbuat.az xəbər verir ki, o bu barədə Röytersə açıqlama verib. Ella İrvin bildirib ki, buna səbəb tənqidlər olub. Bildirilir ki, İlon Mask tvitteri alandan sonra zərərli məzmunlara qarşı tədbir görməməkdə tənqid edilir. İrvinin gedişi, şirkətlərin reklamçıları saxlamaqda çətinlik çəkdiyinə dair xəbərlər fonunda baş verir. Məlumata görə, brend şirkətlər uyğun olmayan məzmunlarla yanaşı görünməkdən çəkindiyi üçün tvitterdə reklam vermək istəmir.

Qeyd edək ki, Mask tvitteri alandan sonra zərərli və qeyri-qanuni məzmunun qarşısını almaq, seçkilərin bütövlüyünü qorumaq və saytda dəqiq məlumatı ifşa etmək səyləri ilə bağlı xərcləri kəskin şəkildə azaldıb və minlərlə işçini işdən çıxarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı