​Yaponiya və Cənubi Koreyanın müdafiə nazirlərindən Pxenyana etiraz

Yaponiya və Cənubi Koreyanın müdafiə nazirləri son üç ildə ilk dəfə üz-üzə görüşüblər.

Metbuat.az xəbər verir ki, Yaponiyanın müdafiə naziri Hamada Yasukazu və Cənubi Koreyanın müdafiə naziri Li Çenq Sup Şimali Koreyanın raket sınaqlarına qarşı müdafiə sahəsində əməkdaşlığı gücləndirmək qərarına gəliblər. Şimali Koreyanın son uğursuz raket sınağını qınayan iki nazir, bu sınaqların BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildiriblər.

Nazirlər bir daha təsdiq ediblər ki, Tokio və Seul ciddi regional təhlükəsizlik mühitinə və qlobal çağırışlara qarşı çıxmaq üçün ümumi təhlükəsizlik müttəfiqləri olan ABŞ ilə ikitərəfli və üçtərəfli əməkdaşlığı genişləndirəcəklər. Nazirlər iki ölkənin hərbi qüvvələri arasında gərginliklərin qarşısını almaq üçün danışıqları sürətləndirmək barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı