"Fəryad"dakı erməni obrazına görə təhqirlərə məruz qalan Məlik Dadaşov - Bu gün doğum günüdür

Bu gün mərhum aktyorumuz Məlik Dadaşovun doğum günüdür.

Metbuat.az xatırladır ki, o, 7 iyun 1924-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Neft sənayeçisi olan atası Yusif bəy Nobellə birlikdə işləyib. Onlar ailədə 3 qardaş olublar, aktyor ailənin kiçiyi idi. Məlik Dadaşovun atası bir müddət sonra həbs edilib və sürgünə göndərilib. İllər sonra bəraət alaraq geri qayıdıb.

O, təhsilini 174 saylı orta və A. Zeynallı adına musiqi məktəbində alıb. Buranı bitirdikdən sonra başqa gənclər kimi, Məlik də müharibəyə yollanıb, kontuziya alıb və 1943-cü ildə müalicəsini başa çatdırıb, yenidən hərbi hissələrdə musiqiçi kimi xidmət göstərib. 1945-ci ildə ordudan tərxis olunduqdan sonra Məhərrəm Haşımovun təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Bir müddətdən sonra Zaqatala Dövlət Teatrı açılıb. Aktyorluq fəaliyyətinə yenicə qədəm qoymuş Məlik bu teatra göndərilib. 1946-cı ilin mayında isə Şəmkir teatrına göndərilib. Burada bir il işlədikdən sonra 1947-ci ildə Teatr İnstitutuna - Adil İskəndərovun kursuna daxil olub. Həmçinin, filarmoniyanın mahnı və rəqs ansamblına rəqqas kimi işə götürülüb. 1950-ci ilin oktyabrında Milli Dram Teatrında fəaliyyətə başlayıb. Məlik Dadaşov Dram teatrında işləyən zaman onun içkisinə zəhər qataraq aktyoru zəhərləmək istəyiblər.

Məlik Dadaşov 23 yaşında Azərbaycanın Xalq artisti Sofiya Hüseynova ilə evlənib və bu evlilikdən aktyor Rafael Dadaşov dünyaya gəlib. Lakin bu ailə uzun sürmür. İkinci dəfə ailə həyatı quran Məlik Dadaşovun bu evlilikdən 2 qızı dünyaya gəlib. Həmin qızlardan biri gənc yaşda dünyasını dəyişir. Bu evlilikdən sonra isə aktyor Dolares adlı xanımla evlənir və daha bir qızı dünyaya gəlir.

Övladını atan, tamaşaçılar tərəfindən söyülən Məlik Dadaşov haqda FAKTLAR

Məlik Dadaşov 35-ə yaxın bədii filmdə çəkilib, 100-dən çox tamaşada yer alıb. «Axırıncı aşırım»da Qəmlo, «Dəli Kür»də Molla Sadıq, «Koroğlu»da Bolu bəy, «O dünyadan salam»da Şeyx Nəsrullah, «Birisi gün gecə yarısı»nda Nəriman Nərimanov, «Babək»də İbn Bəis, «Nəsimi»də Şirvanşah İbrahim, «Fəryad»da Aram Xaçaturyan obrazları hamının yaddaşındadır.

Məlumata görə, o, karyerası boyu ilk filmdə "Şeyx Nəsrullah" və "Aram Xaçaturyan"u canlandırmaq istəməyib.

Qəmlo, Xaçaturyans, Molla Sadıq... - Məlik Dadaşovun həyat hekayəti|  Realpress.az

Məlik Dadaşov əvvəl Ceyhun Mirzəyevin “Fəryad” filmində erməni Armen Xaçaturyan roluna çəkilib. Ailə üzvləri onun bu rola çəkilməsinin əleyhinə olsalar da, erməni kirvənin iç üzünü göstərməyə iddialı olan aktyor istədiyinə nail olur. Film ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə qarşısını kəsərək, ünvanına təhqiramiz sözlər işlədir. Sonra da göz yaşları içərisində “axı sən niyə o filmə çəkildin. Hər dəfə filmə baxanda özümü saxlaya bilmirəm. Həmin an yanımda olsan, yəqin ki, səni öldürərəm” deyir. Hətta filmin təqdimatında tamaşçılar aktyorun yanında onu söyürmüşlər. Ermənistanda onu bu rola görə, "milli qəhrəman" elan edirlər və hadisə aktyoru sarsıdır.

1991-ci ildə aktyor səhnədən gedir. Bir müddətdən sonra isə yenidən teatra qayıdır, rejissor və müəllim kimi çalışır. 1995-ci ildə dərsdə olan zaman yerə yıxılır və gicgahından zədə alıb.

Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov 2 dekabr 1996-cı ildə vəfat edib. Oğlu Rafael atasından incik olduğu üçün onun dəfninə getmir. Üçüncü arvadı Dolares isə ərinin vəsiyyətinə uyğun olaraq əlindəki siyahıda adları yazılan adamları dəfnə buraxmır.

Xatırladaq ki, Məlik Dadaşov aktyor Salman Dadaşovun qardaşı, aktyor Rəfael Dadaşovun atası, müğənni Brilliant Dadaşovanın əmisi, bəstəkar Hökümə Nəcəfovanın bacısı oğludur.

Azərbaycan kinosunun Qarabağ fəryadı – AKI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı