Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 25,3 faiz artıb

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3575,8 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,3 faiz artıb.

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 56,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5061,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin həcmi 4159,4 min ton və ya 82,2 faiz tranzit yüklərdir.

2023-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 170,4 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 26,5 faiz artaraq 8,6 min nəfər təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı