Nursultan Nazarbayev: “Qazaxlar Ukraynadakı vəziyyətdən nəticə çıxarmalıdırlar”

13:42 25 Dekabr 2014
58 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 13:38 ]

Bakı – APA. “Qazaxlar Ukraynadakı vəziyyətdən nəticə çıxarmalıdırlar”.

APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada ümumilli telekörpü zamanı çıxış edib.

 

Ukraynadakı problemlərin kökükün qeyri-sabitlik və cəmiyyətdəki anlaşılmazlıqla bağlı olduğunu deyən N. Nazarbayev bu ölkədə zavod və fabriklərin bağlandığını, biznesin məhvə doğru getdiyini qeyd edib: “Siz doğrudan elə düşünürsünüz ki, sadə insan evdən çıxıb beli götürüb və döyüşməyə gedib? Əsla. Onları qardaş qırğınına siyasətçilər göndərirlər. Belə siyasətçiləri vaxtında, demokratiya haqda ağlaşma qurmadan dayandırmaq lazımdır”.

 

Ukraynaya kömək etmək üçün səfər etdiyini deyən N. Nazarbayev bu səfərdən hansısa dividendlər güdmədiyini bildirib: “İnsanlar həlak olanda, işləməyin mənası olmur. Nəyə görə 5 min adam ölüb? Hansı ideallar uğrunda mübarizə aparıblar? Bu yaraları sağaltmaq asan olmayacaq. Biz Ukraynanı tanıyırıq. Ölkə rəhbərlərini masa arxasında kompromis axtarmağa dəvət edirəm”.

 

N. Nazarbayev qeyd edib ki, bundan qazaxlar özləri üçün lazımi nəticə çıxaracaqlar: “Sabitlik, anlaşma mühitində sahib olduqlarımıza nail olmuşuq. Gəlin bunu dəyərləndirək və qoruyaq. Əgər bunu məhv etmək istəyənlər tapılacaqsa, cəmiyyətimizin bütün gücü ilə onlara cavab verməli olacağıq. Yəni, “öncə iqtisadiyyat, sonra siyasət prinsipi” həmişə işləyib və bundan sonra da işləyəcək. Anlaşma olmayan yerdə gələcək də yoxdur. Hamımız bunu gördük. Qazaxlar bu sadə həqiqəti qiymətləndirməlidir”.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR