Azərbaycan XİN Böyük Britaniya Kralını təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını milli bayram – Kralın Təvəllüd Günü münasibətilə təbrik edib.

Metbuat.az” xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

“Əlahəzrət Kralın rəsmi doğum günü münasibətilə Birləşmiş Krallığın hökumətinə və xalqına ən səmimi arzularımızı çatdırırıq! Biz uzunmüddətli əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik, Milli Bayramınız Mübarək!”, - paylaşımda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı