Kürdə suyun səviyyəsi artıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Metbuat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün səhər saat 8:00-a olan məlumata görə, Göygöl rayonunun ərazisindən keçən Kürəkçayda suyun səviyyəsi 56 sm olub. Çayda suyun səviyyəsi 6 sm artıb.

Həmçinin Tovuz rayonunun ərazisindən keçən Axınçayda suyun səviyyəsi 62 santimetr təşkil edib. Bu, ötən günlə müqayisədə 5 santimetr artım deməkdir.

Tovuz rayonu Əsrikçay Əsrikcırdaxan avtomat hidroloji stansiyasında suyun səviyyəsi 36 sm-dir. Dünənlə müqayisədə çayda suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub.

Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda suyun səviyyəsi 36 santimetr təşkil edib. Ötən günlə müqayisədə artım 1 santimetr olub.

Sabirabad rayonu Kür Surra hidroloji stansiyasında suyun səviyyəsi ötən günlə müqayisədə 36 sm qalxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı