Türkiyə lirəsi tarixi minimumu yeniləyib.
Metbuat.az xəbər verir ki, hazırda 1 dollar 24,65 lirəyə qalxıb. Avro isə 26,6 lirəyə təklif edilir.
Qeyd edək ki, bu gün səhərə qədər dollar 23,6 lirə civarında idi. Gün ərzində isə dollar 1 lirədən də çox bahalaşdı.
Bunun xüsusilə Mərkəzi Bankın faiz dərəcəsini bu gün 8,5-dən 15-ə qaldırması fonunda olması diqqət çəkib.