Sumqayıtda silahlı şəxs tutuldu

Sumqayıtda silahlı şəxs tutulub.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İnşaatçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.

Araşdırmalarla onun odlu silah gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində yerləşən taxta sexlərinin birində gizlətdiyi nömrəsi silinmiş “Baykal” markalı tapança və 176 ədəd patron da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR