Təzyiqi və qəbizliyi olanlar bu meyvəni yesin

Ərik qan təzyiqi və bağırsaq işini normallaşdırmağa kömək edir.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, terapevt Tamara İlinskayanın sözlərinə görə, ərikdə kifayət qədər miqdarda beta-karotin, lutein və zeaksantin var - bu maddələr hüceyrələri zərərdən qoruyan güclü antioksidantlardır.

Antioksidantlardan əlavə ərikdə piylənmə, ürək xəstəlikləri və s. kimi müxtəlif xroniki xəstəliklərlə əlaqəli olan oksidləşdirici stressi azalda bilən flavonoidlər var.Bundan əlavə, A, C və E vitaminləri ilə zəngindir.

Görmə və göz sağlamlığı. Bu meyvələrin tərkibində olan A və E vitaminləri, beta-karotin, lutein və zeaksantin gözü oksidləşdirici stressdən qoruyur.

Dərinin vəziyyətini yaxşılaşdırır. Ərikin tərkibindəki antioksidantların təsiri sayəsində dəri zərərli amillərdən, o cümlədən günəşin ultrabənövşəyi şüalarından, siqaretdən, çirkli havadan daha yaxşı qorunur.

Qan təzyiqini normallaşdırmağa kömək edir. Ərik orqanizmin maye balansını və qan təzyiqini tənzimləməkdə mühüm rol oynayan kalium ehtiva edir.

Bağırsaq funksiyasını yaxşılaşdırır. Bir stəkan (165 qram) doğranmış ərikdə 3,3 qram lif var ki, bu da kişilər üçün gündəlik tələbatın 8,6%-nə, qadınlar üçün isə 13,2%-ə bərabərdir. Liflə zəngin bir pəhriz sağlam bağırsaq florasının inkişafı və yaxşı həzm üçün faydalıdır.

Qaraciyəri qoruyur. Ərik qaraciyərin iltihabına səbəb olan oksidləşdirici stressdən qoruyur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı