"Ailə qursam, gecə 11-də niyə toyda oxuyum ki?" - Aysun İsmayılova

"Ailənin və sənətin öz yeri var. Ailə quran insan bilir kimi alır. Ailə qurduqdan sonra sənətdən getməyə hazıram".

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Sənətçi bildirib ki, əgər yenidən ailə qurarsa, pul qazanmaq üçün toylara getməyəcək:

"Ailə qurduqdan sonra gecə uşağımın ailəmin yanında olaram. Gecə saat 11-12-də niyə toylarda oxuyum ki,... Düşünürəm ki, əgər bir xanım müğənni ailə qurursa, sənətə həvəsi varsa və həyat yoldaşı bunu istəyirsə, arada-sırada, "YouTube" üçün mahnı yazdırıb, çıxarda bilər. Əgər həyat yoldaşı istəmirsə, heç ehtiyac da yoxdur. Əgər həyat yoldaşın səni yaxşı saxlayırsa, (dolandıra bilirsə - red.) nə ehtiyac var işləməyə?! Ər çörəyini ye, necə istəyirsən elə də xərclə".

Qeyd edək ki, Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilovdan qalmaqallı şəkildə boşanıb. Aysunun anası müğənni Rəqsanə İsmayılova bir neçə gün əvvəl qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləmişdi.

Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı. Barəsində isə 30 sutka həbs qərarı çıxmışdı. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı