Avropa Oyunları: Edi Reski Dviçayo medalsız qalıb

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında medalsız qalıb.

Metbuat.az bildirir ki, fərdi kateqoriyada qrup mərhələsində ardıcıl üç qələbə qazanan idmançı 1/8 finalda mübarizəni dayandırıb.

O, Finlandiya təmsilçisi Kalle Kolyonenə məğlub olub. Hər iki hissədə Azərbaycan badmintonçusunu üstələyən Kolyonen (2:0 - 21:18, 21:14) 1/4 finala yüksəlib.

Qeyd edək ki, qadın badmintonçu Keyşa Fatimə Zəhra bu gün fərdi kateqoriyada 1/8 final görüşünə çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı