Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

Metbuat.az bildirir ki, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı