​Türkiyə və Yunanıstan razılığa gəldi

Türkiyənin milli müdafiə Naziri Yaşar Gülərlə Yunanıstanın müdafiə naziri Nikos Dendias arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, tərəflər NATO-nun Vilnüs Zirvə Toplantısı zamanı “etimad tədbirləri görüşlərinin” bərpası və müvafiq detalların müzakirəsi barədə razılığa gəlib.

Hər iki nazirin yeni vəzifələrinə görə bir-birini təbrik etdikləri və bir-birlərinə uğurlar arzuladıqları telefon danışığında iki ölkə arasında münasibətlərdə müsbət gündəmin qorunmasının və dialoq kanallarının açıq saxlanmasının vacibliyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı