Kolizeydə sevgilisinin adını yazan turist üzr istədi

İtaliyanın paytaxtı Romada Kolizeydə özünün və sevgilisinin adını həkk edərək tarixi abidəyə ziyan vuran bolqar əsilli turist Roma Bələdiyyəsinə məktub yazıb və üzr istəyib.

Metbuat.az xəbər verir ki, Flavian Amfiteatr məktubunda bütün bəşəriyyətin mirası olan abidəyə qarşı etdiyi hərəkətə görə bütün italyanlardan üzr istədiyini bildirib. Onun üzrxahlıq məktubunda 2000 illik Kolizeyin qədim tikili olduğunu bilmədiyini deməsi təəccüblə qarşılanıb. O məktubunda hadisədən sonra Kolizeyin qədim tikili olduğunu öyrəndiyini böyük utanc hissi ilə etiraf edib.

Qeyd edək ki, İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano və Roma meri Roberto Qualtieri abidəyə zərər vuran şəxsin tapılaraq cəzalandırılmasını tələb etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı