Yeni sosial media platforması istifadəyə verildi

“Facebook”, “İnstagram” və “WhatsApp”ın sahibi Meta şirkəti yeni sosial media platformasını istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni sosial media platforması “Threads” adlanır. Məlumata görə, “Threads” tvitterə rəqibdir. Meta-nın açıqlamasına görə, “Threads” mətn məzmunu paylaşmaq və ictimai çatlarda söhbət etmək üçün instagram komandası tərəfindən qurulmuş platformadır. Açıqlamada istifadəçilərin instaqram hesabları vasitəsilə yeni platformaya daxil ola bildikləri qeyd edilib.

Yeni platformada simvol limitinin 500 olduğu bildirilir. Yeni platformada linklər, fotoşəkillər və 5 dəqiqəlik videolar paylaşıla bilir. Açıqlamada “Threads”in iOS və Android sistemləri üçün 100-dən çox ölkədə mövcud olduğu və bu ölkələrdə tətbiqi “App Store” və “Google Play Store”dan yükləməyin mümkün olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı