Dünyaya xoş xəbər

Braziliyada Amazon meşələrində bu il qeyri-qanuni ağac kəsilməsi və meşələrin məhv edilməsi 33,6 faiz azalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Braziliyanın Ətraf Mühit Nazirliyi açıqlama verib. Bildirilir ki, 2023-cü ilin birinci yarısında ölkədəki Amazonlarda meşələrin məhv edilməsi əhəmiyyətli dərəcədə azalıb. Məlumata görə, bu il 2649 kvadrat kilometr meşə ərazisi məhv edilib. Bu, ötən illə müqayisədə 33,6 faiz azdır. Braziliya Milli Kosmos İnstitutunun məlumatlarına görə, peyklərlə aparılan müşahidələr meşələrin məhv edilməsinin azaldığını ortaya qoyub.

Qeyd edək ki, prezident seçkilərində qalib gəldikdən sonra Luiz İnasio Lula da Silva Amazon tropik meşələrini qoruyacağına söz vermişdi. Dünyanın ən böyük tropik meşələri kimi tanınan Amazon planetin oksigen mənbəylərindən hesab edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı