Arda Gülər əvvəl topdaşıyan olub

“Real Madrid”in transfer etdiyi Arda Gülər futbolçu kimi tanınmazdan əvvəl topdaşıyan olub.

Metbuat.az xəbər verir ki, o, 2017-2018 mövsümündə Super Liqada top toplayan kimi çalışıb. Arda həmçinin “Gençlerbirliği”nin aşağı yaş qruplarında futbol oynayıb. 2019-cu ildə “Fənərbaxça” futbolçunun istedadını müşahidə edəndən sonra onu transfer edib.

“Fənərbaxça”da əvvəlcə aşağı yaş qruplarında oynayan istedadlı futbolçu əsas heyətə cəlb edilib. O, 17 yaşında sərgilədiyi performansla Avropa klublarının diqqətini cəlb edib. Qeyd edək ki, Arda Gülər “Real Madrid”lə 6 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR