"Qarabağ" növbəti hücumçu transferini reallaşdırıb.
Metbuat.az Sport24.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda azad agent olan belçikalı vinger Ceyson Lokilo ilə anlaşıb.
"Kristal Pelas" yetirməsi olan 25 yaşlı futbolçu həm yarımmüdafiənin sağ cinahında, həm də hücumda çıxış edir. Konqo U-17-nin sabiq üzvünün son klubu Roterdam “Sparta”sı olub. Ceyson karyerası ərzində “Donasktr”, “Loryan”, “Qurnik”, ”İstanbulspor” kimi klubların şərəfini qoruyub.
Qeyd edək ki, "Transfermarkt"də belçikalının transfer dəyərini 700 min avro göstərib