Putin və Ərdoğan görüşəcək - Kreml

"Putin və Ərdoğan arasında görüş ola bilər. Ancaq tarix dəqiq deyil”.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O həmçinin bildirib ki, Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfərini yaxından izləyəcək.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yaxın saatlarda İstanbula gələcək. Səfər çərçivəsində Ərdoğan və Zelenski arasında təkbətək və nümayəndə heyətləri ilə birgə görüş olacaq.

Görüşlərdə Rusiya-Ukrayna müharibəsi, taxıl sazişi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR