Faktiki hava açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 10-u saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Metbuat.az-a Xidmətdən xəbər verilib.

    Düşən yağıntının miqdarı Balakən, Gədəbəy, Daşkəsən, Gəncədə 5 mm-dək olub.

    Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöl, Bərdə, Naftalanda 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR