Nazirdən yeni təyinat - Bu idarəyə rəis təyin etdi / FOTO

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbovun qərarı ilə bu vəzifəyə Teymur Babazadə gətirilib.

Bu posta qədər Babazadə YAP Lənkəran Rayon Təşkilatı Gənclər Birliyində sədr, Lənkəran Şəhər Gənclər və İdman İdarəsində rəis vəzifələrində olub.

Gülər Seymurqızı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR