Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 967 860, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 629, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 334 nəfər təşkil edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR