Tanınmış aparıcı qızının ad gününü belə təbrik etdi - FOTO

Aparıcı Saleh Bağırov ailəsi ilə fotolarını paylaşıb.

Metbuat.az "Axşam.az"a istinadən xəbər verir ki, şəkillərdə Salehin həyat yoldaşı, qızı və oğlu yer alıblar. Aparıcı övladı Nərgizin 6 yaşı tamam olduğunu vurğulayıb:

"Şahzadələr nağıllarda olur. Bu qız isə ən gözəl və maraqlı nağılın özü, evimizin də Nərgiz gülüdür! Biz şükr edirik sənin hər anına, varlığına, özəlliyinə, şıltaqlığına, bəzən küsüb tez barışmağına, ədalı danışığına, maraqlı suallarına, bir də sevmək gücünə. Ən əsası da budur! Həyatın boyu dolu-dolu sevgi içində yaşayasan balam! Bir də sağlam və şanslı görək səni. Şans hər qapıya açardır. Qoy bu açar həmişə səndə olsun! Nərgiz gülümüz, 6 yaşın mübarək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR