Qara "Qarabağ"dan getdi

Azərbaycan millisinin futbolçusu Qara Qarayev “Qarabağ”dan ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə klub özü paylaşım edib. Bildirilib ki, 31 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu komandanı tərk edib.

Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən bəri “Qarabağ”ın əsas komandasında çıxış edib. Onun "Neftçi"yə gedəcəyi gözlənilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR