Əməkdar artist geyimləri ilə bağlı bunu vəsiyyət edib

"Evimdə bir otaq paltardan ibarətdir. Hamısını da özüm tikirəm. Geyimi çox sevirəm. Demişəm, öləndən sonra kimsə paltarımı geyinməsin. Bilsəm ki, ölürəm, bütün paltarlarımı paylayacağam".

Metbuat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Fəlidən doğru xəbər" verilişində deyib. Müğənni tikdiyi geyimlərdən danışıb. O, paltarları ilə bağlı vəsiyyətini açıqlayıb.

R.Allahverdiyeva alış-verişindən danışıb:

"Mağazaya girəndə 20 çörək alıram. Deyirlər, qonağınız var? Deyirəm, özüm üçün alıram. Birdəfəyə 50 kişi corabı alıram. Deyirlər, ucuzunu alın ki, üstünə pul qoyub sata biləsən. Deyirəm, uşaqlarıma alıram. Mən corab satanam?".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı