Kremldən Putin-Ərdoğan görüşü barədə açıqlama

Kreml Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığında müzakirə olunan məsələlərlə bağlı açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki,Putin Ərdoğanla telefon danışığında Rusiyanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara tədarükünə məhdudiyyətlərin aradan qalxacağı təqdirdə ölkəsinin taxıl sazişinə qayıdacağını bildirib. Rusiya Prezidenti bəyan edib ki, İstanbulda imzalanan saziş Rusiya ilə bağlı bəndlər reallaşmadığı üçün əhəmiyyətini itirib. Bununla belə, Putin bildirib ki, Qərb ölkələri Rusiya qarşısında müqavilə üzrə öhdəliklərini yerinə yetirən kimi Rusiya tərəfi razılaşmaya qayıdacaq.

Bundan əlavə, Rusiya prezidenti bəyan edib ki, ərzaq məhsullarına ehtiyacı olan ölkələrə Rusiya taxılının daşınmasının etibarlı variantları üzərində işləyirlər. Putin sözügedən ölkələrə pulsuz taxıl tədarük ediləcəyini və bu məsələnin Sankt-Peterburqda müzakirə edildiyini bildirib. Kremlin bəyanatına görə, Putin və Ərdoğan ölkələrinin ticari və iqtisadi əlaqələrinin inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsini də müzakirə ediblər. Putin və Ərdoğan həmçinin müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi və üzbəüz danışıqlar barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR