“WhatsApp” istifadəçilərin hesablarına e-poçt ünvanlarını təyin etməyə imkan verəcək funksiya üzərində işləyir.
Metbuat.az xəbər verir ki, “WhatsApp” hesablarını e-poçt vasitəsilə qorumaq üçün yeni təhlükəsizlik funksiyası hazırlanmaqdadır. Məlumata görə istifadəçilər müxtəlif cihazlarda “WhatsApp” hesablarına daxil olmaq istədikləri zaman onların e-poçtlarına təhlükəsizlik kodu göndəriləcək. Hazırlıq mərhələsində olan bu funksiyanın nə vaxt “WhatsApp” da bütün istifadəçilər üçün ümumi istifadəyə əlçatan olacağı barədə məlumat yoxdur.
Aidə / Metbuat.az