"Paşinyan Laçın yolundan hərbi məqsədlə istifadə etmək istəyir" - Politoloq

“Xankənddən Laçın postunun yerləşdiyi Həkəri çayına kimi yürüşün təşkil olunması təxribat yaradan addımlardır. Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində gedən danışıqlara qarşı müəyyən mərkəzlər tərəfindən hazırlanmış ssenaridir”.

Bunu Metbuat.az-a MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə edib. Analitik hesab edir ki, baş verən təxribatlara Moskva da maraqlıdır:

“Ermənistan tərəfi humanitar şou yaratmaqla çalışır ki, Laçın yolu əvvəlki vəziyyətinə qayıtsın. Nikol Paşinyanın məqsədi o yoldan hərbi məqsədlər üçün istifadə etməkdir. Azərbaycan buna imkan verməyəcək. Separatçıların Xankəndidə yürüş üçün uşaqlardan və qadınlardan istifadə etməsi yeni bir təxribatın başlamasına gətirib çıxaracaq.

Azərbaycan separatizmə qarşı çox ciddi addımlar atmaqla bərabər, reinteqrasiya prosesinə başlamaq istiqamətində də bir çox işlər görür. Müddət uzandıqca Azərbaycana qarşı Ermənistan tərəfi beynəlxalq təzyiqlərin formalaşmasına daha çox çalışacaq. Hesab edirəm ki, prosesə mane olanlara qarşı Azərbaycan tərəfi hərbi əməliyyatlar, antiteror əməliyyatı keçirməlidir və separatçıları zərərsizləşdirməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR