Azərbaycanın bəzi bölgələri üzrə yanğın təhlükəsinin kompleks göstəriciləri - STATİSTİKA

Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

Metbuat.az həmin göstəriciləri təqdim edir:

Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Göygöl, Şəmkirdə kiçik, Daşkəsən, Gədəbəydə orta, Naftalan, Tovuzda yüksək, Ağdam, Tərtər, Ağstafa, Gəncədə isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Balakən-Şəki ( Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Qax, Zaqatala, Balakəndə kiçik, Şəki, Qəbələ, Oğuzda isə orta yanğın təhlükəsi növünə çatıb.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Şahdağda kiçik, Qusarda orta, Xızıda yüksək, Quba, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi İsmayıllıda orta, Şamaxıda yüksək, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Lerikdə kiçik, Astarada orta, Yardımlıda yüksək, Lənkəranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Qeyd edək ki, avqustun 8-10-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyyatlı olması tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı