Ərəblərdən gözlənilməz həmlə - Millinin də formasını geyinəcək

Səudiyyə Ərəbistanı braziliyalı futbolçu Anderson Taliskanın millidə oynaması üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı bununla bağlı FİFA-ya müraciət edib. Taliskanın Səudiyyə Ərəbistanı milli komandasında oynaması üçün icazə istənilib. FİFA-nın qayadalarına görə, öz ölkəsinin millisinin heyətində meydana çıxmayan futbolçu digər ölkənin millisinin formasını geyinə bilər. Bildirilir ki, Taliska bir dəfə Braziliya millisinə çağrılsa da, meydana çıxmayıb.

Qeyd edək ki, Taliska hazırda Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” klubunda ildə 11 milyon dollar qazanır. Taliska Səudiyyə Ərəbistanı millisində oynamaq hüququ alsa, ona əlavə 5 milyon dollar bonus veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR