Azərbaycanlı müğənnidən ETİRAF: "48 maşınım olub" - VİDEO

“Mən 10-cu sinifdə oxuyanda maşınım var idi. Sürücülük vəsiqəm olmadığına görə onu idarə edə bilmirdim. İlk avtomobilim isə “Zaparoji ZAZ” olub. İndiyə qədər isə ümumilikdə 48 maşınım olub”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Həmin Zaur” proqramına qonaq olan müğənni Rəvan Qarayev edib. İfaçı bu günə qədər 48 avtomobilə sahib olduğunu deməklə verilişdə iştirak edən hər kəsi təəccübləndirib.

Qeyd edək ki, Rəvan Qarayev lüks və bahalı avtomobilləri ilə gündəmə gələn məşhurlardandır. O ötən il özünə qara rəngli "Maybach" markalı maşın alan müğənni, bu günə qədər avtomobilləri ilə iki dəfə ağır qəza keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR