İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub.
Metbuat.az xəbər verir ki, Fars vilayəti qubernatorunun müavini İsmayıl Səfl terror aktı nəticəsində bir nəfərin öldüyü, 8 nəfərin yaralandığını deyib.
Yaralananların hamısı xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir.
İ.Səfli həmçinin qeyd edib ki, İran təhlükəsizlik qüvvələri terrorçunu həbs edib, o, dindirilir. O əlavə edib ki, vəziyyət nəzarət altındadır.