Kamran Əliyevdən YENİ TƏYİNAT

Prokurorluq orqanlarında yeni təyinat olub.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, Baş prokurorun əmrilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Mübariz Bağırov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi təyin edilib.

Habelə, Kamran Əliyevin digər əmrilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Xalid Mirzəyev tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı