Göygöldə çökən binanın dağıntıları altında qalan 1 nəfər ölüb.

Metbuart.az xəbər verir ki, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

22:31

Göygöldə binanın zirzəmisi çöküb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.

İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Hadisə yerinə Polis və digər qurumların əməkdaşları cəlb olunub. Hazırda xilasetmə işləri gedir. Bir nəfərin dağıntı altında qalaraq öldüyü bildirilir.