"Çelsi" və "Mançester Siti" bu futbolçu üçün savaşır

Premyer Liqanın nəhəng klubları olan "Çelsi" və "Mançester Siti" gənc ulduz üçün rəqabətə başlayıblar.

Metbuat.az xəbər verir ki, hər iki komanda Mişel Oliseni transfer etmək üçün hərəkətə keçib. “The Athletic”in məlumatına görə, futbolçunun sərbəst qalma məbləği 35 milyon funt sterlinqdir.

İddialara görə, “Çelsi” bu məbləği ödəməyə hazırdır. Bundan əvvəl “Çelsi”nin “Kristal Palas”ın futbolçusunu transfer etmək üçün hətta 45 milyon funt sterlinq ödəməyə hazır olduğu qeyd edilmişdi.

Bildirilir ki, "Mançester Siti" də Fransanın 21 yaşlılardan ibarət millisində çıxış edən Mişel Olise üçün danışıqlar aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı