KİV gedəcəyini yazır - Arayik "istefa" verəcək?

Bir neçə gündür ki, Ermənistan KİV-i qondarma rejimin "rəhbəri" Arayik Arutyunyanın istefa verəcəyini bildirir.

Metbuat.az xəbər verir ki, "Hraparak" nəşri Arayikin istefa verməyəcəyini yazıb.

Nəşrə görə, həftənin əvvəlində iclas keçirən Arutyunyan əlindən heç bir şey gəlmədiyini, buna görə də istefa verəcəyini bildirib:

"Arutyunyan əmin edib ki, o, qərarını Ermənistan hakimiyyəti ilə də müzakirə edib. "Artsax"da sülhməramlı missiyanı yerinə yetirən Rusiya hərbi qrupunun rəhbərliyini də məlumatlandırıb".

Nəşrin məlumatına görə, "prezident" bu qərarından sonra tənqid edilib. Bundan sonea isə Arayik qərarından dönüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı