Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın qarşılanma mərasimi olub.

Metbuat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva qonaqları qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan əsgərlərini salamlayıb.

    Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidentinə, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib.

    Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev rəsmi foto çəkdiriblər.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR