Əmək hüquqlarının pozulması halları ilə bağlı icraatlar başlanıb

Baş Prokurorluq tərəfindən əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi, habelə işçinin əmək haqqının vaxtında verilməməsi və digər qanun pozuntuları barədə vətəndaşlar və dövlət qurumlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.

    Araşdırmalarla ölkə ərazisində qida və qeyri-qida məhsullarının satışını həyata keçirən supermarketlərdən biri tərəfindən işçiyə ayda bir dəfədən az olmayaraq əmək haqqı verilməsi, habelə əmək haqqının hesablanması və ödənilməsi barədə qanunun tələblərinin pozulması müəyyən edilib.

    Həmçinin müəyyən edilib ki, Ağcabədi rayonunda əczaçılıq fəaliyyətini həyata keçirən müəssissələrdən biri uzun müddət işçini əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edib.

    Qeyd olunan faktlar üzrə hüquqi və vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı