Konfrans Liqasında pley-off başladı

Bu gün Konfrans Liqasında pley-off mərhələsi start götürüb.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

"Spartak" "Dnepr-1" ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

"Aston Villa" isə "Hibernian"la qarşılaşıb və darmadağınla qələbə qazanıb - 5:0.

Qeyd edək ki, bu mərhələnin digər görüşləri sabah baş keçiriləcək. Mərhələyə avqustun 31-də yekun vurulacaq.

Konfrans Liqası, pley-off mərhələsi, ilk oyunlar

23 avqust

20:30 "Spartak" (Trnava, Slovakiya) - "Dnepr-1" (Ukrayna) - 1:1

Qollar: Ofori, 55 - Pikalyonok, 67-pen.

Qırmızı vərəqə: Sarapii, 5, Koğut, 89 (hər ikisi "Dnepr-1")

20:45 "Hibernian" (Şotlandiya) - "Aston Villa" (İngiltərə) - 0:5

Qollar: Uatkins, 17, 33, 48, Beili, 42, Luis, 74-pen.

24 avqust

18:00. "Astana" (Qazaxıstan) - "Partizani" (Albaniya)

18:00. "Tobol" (Qazaxıstan) - "Viktoriya" (Plzen, Çexiya)

19:00. "Struqa" (Şimali Makedoniya) - "Breydablik" (İslandiya)

20:00. "Jalgiris" (Litva) - "Ferensvaroş" (Macarıstan)

20:30. “Nordsyelland” (Danimarka) - “Partizan” (Serbiya)

21:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Beşiktaş” (Türkiyə)

21:00. "Farul" (Rumıniya) - HİK (Finlandiya)

21:00. "Fənərbaxça" (Türkiyə) - "Tvente" (Niderland)

21:00. "Levski" (Bolqarıstan) - "Ayntraxt" (Frankfurt, Almaniya)

21:00. "Makkabi" (Tel-Əviv, İsrail) - "Çelje" (Sloveniya)

21:00. "Rapid" (Vyana, Avstriya) - "Fiorentina" (İtaliya)

21:00. "Sepsi" (Rumıniya) - "Budo Qlimt" (Norveç)

22:00. "“Midtyulland” (Danimarka) - "Legiya" (Varşava, Polşa)

22:00. "Genk" (Belçika) - "Adana Demirspor" (Türkiyə)

22:00. "Gent" (Belçika) - APOEL (Nikosiya, Kipr)

22:00. "Lill" (Fransa) - "Riyeka" (Xorvatiya)

22:30. "Osasuna" (İspaniya) - "Brügge" (Belçika)

22:45. "AZ Alkmaar" (Niderland) - "Brann" (Norveç)

22:45. "Balkani" (Kosovo) - BATE (Belarus)

22:45. "Harts" (Şotlandiya) - PAOK (Yunanıstan)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR