Paşinyan sülhməramlılardan xilas olmaq istəyir - Hraparak

“Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir”.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, o, dünən hökumətin iclasında Laçın dəhlizinin birtərəfli qaydada açılacağı, Qarabağa çıxışa icazə verilməsi barədə mötəbər mənbələrdən məlumat aldığını söyləyib: “Paşinyan bildirib ki, Qarabağa girməyə icazə verilməyəcək. Qarabağdakı mənbələrimizin sözlərinə görə, bu iddialar çoxdan var və birbaşa Paşinyanın sülhməramlılardan xilas olmasına xidmət edir”.

“Hraparak”ın yazdığına görə, Qarabağdakı sülhməramlılar da bu plandan xəbərdardırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı