Məşhur türk iş adamı qəza keçirdi - Vəziyyəti AĞIRDIR

Türkiyəli iş adamı Ali Sabancı və həyat yoldaşı Vuslat Doğan Sabancı ağır qəza keçirib.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, Yunanıstanın Leros adasında dincələn cütlük hava qayığında qayalara çırpılıb. Onlar İstanbula özəl xəstəxanaya gətiriliblər.

Ali Sabancının dalağı çıxarılıb və aorta damarında problem var. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. İş adamının xanımı Vuslat Doğan Sabancının isə həyati təhlükəsi yoxdur. O, başından zədə alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR