"WhatsApp"da videolarla bağlı möhtəşəm yenilik

"WhatsApp"da istifadəçilər artıq videoları yüksək keyfiyyətlə göndərə biləcəklər.

Metbuat.az xəbər verir ki, artıq yeni funksiya ilə istifadəçilər video yükləməzdən əvvəl standart və yüksək keyfiyyət arasında seçim edə biləcəklər. Bununla da videoların keyfiyyətinə nəzarət etmək mümkün olacaq.

Qeyd edək ki, yeniləmələr tətbiqin "Android" və "iOS" cihazları üçün ən son versiyasında mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR