Bir zamanlar meyxana ustası kimi tanınan Cavid Dağlının son halı təəccübə səbəb olub.
Metbuat.az xəbər verir ki, yutuber Nail Kəmərli meyxanaçının fotosunu paylaşaraq onun narkomaniyadan əziyyət çəkdiyini qeyd edib:
"Bir zamanlar gözəl meyxana deyən Cavid Dağlının indiki halı. Narkomaniyanın qurbanı".
Qeyd edək ki, hazırda 38 yaşı olan Cavid Dağlı 2004-cü ildə məşhur "De Gəlsin" layihəsində iştirak edib və yarımfinala qədər irəliləyib.