Bir il boş qalan rektorluq postuna təyinat alan Zəfər Qurbanov KİMDİR?

Prezident İlham Əliyevin sərəmcamı ilə Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

Metbuat.az açıq mənbələrə istinadən xəbər verir ki, Zəfər Qurbanov 1979-cu ildə anadan olub.

Bir müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyib. 2016-cı ildə Bakı Ali Neft Məktəbinin Mühəndislik fakültəsinin dekanı təyin olunub..

Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru olub. Texnika elmləri namizədi, dosentdir.

Qeyd edək ki, ötən ilin sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilmişdi. İndiyədək bu vəzifəyə heç bir təyinat olmamışdı. Rektorun vəzifələrini Zəfər Qurbanov icra edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR