Tiktoker “Veçni Rəşad” HƏBS EDİLDİ

Tanınmış tiktoker Rəşad İsmayılov (“Veçni Rəşad” təxəllüslü) həbs edilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.

R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.

Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Qeyd edək ki, “Rəşad Veçni” bu ilin mart ayında da saxlanılmışdı. Həmin vaxt ona 10 sutkalıq həbs cəzası təyin edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı